“Gəncə”nin baş məşqçisi: Kubok matçlarını ritm yaxalamaq üçün oynayırıq

“Gəncə”nin baş məşqçisi: Kubok matçlarını ritm yaxalamaq üçün oynayırıq

Kubok matçlarını ritm yaxalamaq üçün oynayırıq.

“Birxeber.Az”un məlumatına görə, bunu “Gəncə”nin baş məşqçisi Bedri Meriç “Sabah”a 77:89 hesabı ilə məğlub olduqları basketbol üzrə Azərbaycan Kubokunun oyunundan sonra deyib.

Mütəxəssis uduzmalarına baxmayaraq, rəqiblə başabaş mübarizə apardıqlarını bildirib: “Kubokun ilk turunda “Sərhədçi” ilə görüşdə pis oynamışdıq. Bu, bizim oyun üslubumuz deyildi. Çünki uduzduğumuz görüşlərdə belə, mübarizə əzmimiz həmişə yüksək olub, vuruşaraq məğlub olmuşuq. “Sabah”la qarşılaşmaya da pis başladıq. Amma asan təslim olmadıq. Rəqib bizdən çox güclü olmasına baxmayaraq, hesab arasındakı böyük fərqi aradan qaldırmağı bacardıq”.

Bedri Meriç kubok matçlarına ciddi yanaşmadıqlarını etiraf edib: “Limit fərqi var. Bizim üçün çempionat matçları önəmlidir. Evdə və səfərdə keçirəcəyimiz qarşılaşmalarda qalib gəlməyə çalışacağıq”.