Mahir Emrelinin komandası PAOK-u qəbul edəcək, "Fənərbağça" Belçika klubunun qonağı olacaq

Mahir Emrelinin komandası PAOK-u qəbul edəcək, "Fənərbağça" Belçika klubunun qonağı olacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu UEFA Konfrans Liqasında növbəti matçını bu gün keçirəcək.

"Report"un məlumatına görə, Zaqreb təmsilçisi Yunanıstanın PAOK komandasını qəbul edəcək.

Görüşün baş hakimi azərbaycanlı FIFA referisi Əliyar Ağayev olacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Türkiyənin "Fənərbağça" klubu bu turnirdə Belçikada “Yunion”un qonağı olacaq. Bu oyunun da start fiti saat 00:00-da çalınacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları martın 14-də gerçəkləşəcək.