Xankəndidə avtomat, qumbara və dronlar aşkarlanıb

Xankəndidə avtomat, qumbara və dronlar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, qumbara və dronlar aşkarlayıb.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.