İİTKM: Ötən il "Business Ready" hesabatı ilə bağlı 13 yol xəritəsi icra edilib

İİTKM: Ötən il "Business Ready" hesabatı ilə bağlı 13 yol xəritəsi icra edilib

2023-cü ildə Azərbaycanda Dünya Bankının "Business Ready" hesabatı ilə bağlı 13 yol xəritəsi icra edilib.

"Birxeber.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il yol xəritələri ilə yanaşı ümumilikdə 472 tədbir keçirilib, eləcə də digər mühüm istiqamətlər üzrə 14 fəaliyyət icra olunub.