Muxtar Babayev Dünya İqlim Fondunun Prezidenti ilə COP29-a hazırlığı müzakirə edib

Muxtar Babayev Dünya İqlim Fondunun Prezidenti ilə COP29-a hazırlığı müzakirə edib

Dünya İqlim Fondunun Prezidenti Yens Nilson ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.