Minifutbol çempionatı: “Zirə” 10 top fərqi ilə qalib gəlib

Minifutbol çempionatı: “Zirə” 10 top fərqi ilə qalib gəlib

Minifutbol üzrə Azərbaycan çempionatında XIII tura yekun vurulub.

“Birxeber.Az”un məlumatına görə, lider “Zirə” növbəti qələbəsini qazanıb.

Adıçəkilən komanda bu dəfə “Siyəzən”i 10 top fərqi ilə üstələyib. “Zirə”nin ən yaxın izləyicisi olan son çempion “Birbaşa Bakı” da hesabına 3 xal yazdırıb.

Qeyd edək ki, “Dinamo Gəncə” – “Baku Fire” (1:3), “Atəşgah Suraxanı” – “Veteran” (3:7), “Sumqayıt” – “Abşeron” (0:4) və “Odlar Yurdu” – “Dirçəliş” (1:3) oyunları bir gün əvvəl keçirilib.

Azərbaycan çempionatı

XIII tur

“Zirə” – “Siyəzən” 13:3

“İnter” – “Aznur” 2:1

“Real Bakı” – “Galaxy Baku” 1:1

“Turan” – “Birbaşa Bakı” 0:2