Azərbaycan bədii gimnastı İspaniyadakı turnirdə çıxış edəcək

Azərbaycan bədii gimnastı İspaniyadakı turnirdə çıxış edəcək

Azərbaycan bədii gimnastı Alina Məmmədova İspaniyanın Marbelya şəhərində keçiriləcək "Grand Prix Marbella 2024" beynəlxalq turnirində iştirak edəcək.

"Report" xəbər verir ki, idmançı yığmanın məşqçisi Reyş Aleksandranın rəhbərliyi altında yarışa yollanıb.

Beynəlxalq dərəcəli referi Yevgeniya Vilyayeva turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, yarış martın 8-10-da təşkil olunacaq.