Seneqalda martın 24-nə prezident seçkiləri təyin edilib

Seneqalda martın 24-nə prezident seçkiləri təyin edilib

Seneqal prezidenti Maki Sal prezident seçkilərini martın 24-nə təyin edib.

Birxeber.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Salın qərarı Konstitusiya Şurasının iyunun 2-də prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının təklifini konstitusiyaya zidd elan etməsindən sonra verilib.

Seneqalda prezident seçkiləri, əgər birincidə namizədlərdən heç biri 50% üstəgəl bir səs toplaya bilməsə, iki turda keçirilir.