Filadelfiyada yeniyetmələrə atəş açılıb, yaralılar var

Filadelfiyada yeniyetmələrə atəş açılıb, yaralılar var

ABŞ-nin Filadelfiya şəhərində dayanacaqda avtobus gözləyən yuxarı sinif şagirdi səkkiz yeniyetmə odlu silah yarası alıb.

“Birxeber.Az” “NBC News”a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qurumun məlumatına görə, yaşı 15-17 aralığında olan səkkiz yeniyetməyə doğru 30 dəfə atəş açılıb. Onlardan doqquzu 16 yaşlı oğlana tuş gəlib, onun vəziyyəti ağırdır.

Digər yaralıların (altı oğlan və bir qız) vəziyyəti stabildir. Polis durmuş avtomobildən atəş açmış üç naməlum şəxsi axtarır.

Telekanal qeyd edib ki, bu son dörd gündə Filadelfiyada dayanacaqda baş vermiş dördüncü silahlı insidentdir ki, onlardan üçü ölümlə sonuclanıb.