Türkiyədə mikroavtobus aşıb, 10 nəfər yaralanıb

Türkiyədə mikroavtobus aşıb, 10 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərinin Yeşilhisar rayonunda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində mikroavtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 10 nəfər yaralanıb.

Yaralalan şəxslər xəstəxanalara çatdırılıb.