Saratov vilayətində ağır yol qəzası olub, ölənlər var

Saratov vilayətində ağır yol qəzası olub, ölənlər var

Rusiyanın Saratov vilayətinin Petrovski rayonunda üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, “Lada Qranta”nın sürücüsü və iki sərnişini yerindəcə keçinib. Olayda iştirak etmiş digər nəqliyyat vasitələrində (hər ikisi “Toyota” markalı) yaralanmış beş nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Saratov vilayəti ölkənin Volqayanı federal dairəsinə daxildir. Region Qazaxıstanla həmsərhəddir.