Afrikanın üç ölkəsi terrorizmlə mübarizə üçün birgə silahlı qüvvələr yaradır

Afrikanın üç ölkəsi terrorizmlə mübarizə üçün birgə silahlı qüvvələr yaradır

Burkina-Faso, Mali və Niger hakimiyyəti Afrikanın Sahel bölgəsində fəaliyyət göstərən terrorçu qruplarla mübarizə üçün birgə silahlı qüvvələrin yaradılmasını elan edib.

APA xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Birgə qüvvələrin yaradılması haqqında məlumat Niameydə keçirilən Sahel Dövlətləri Alyansına üzv ölkələrin Baş Qərargah Rəisləri Şurasının iclasından sonra məlum olub.