Seneqalda prezident seçkiləri martın 24-nə təyin edilib

Seneqalda prezident seçkiləri martın 24-nə təyin edilib

Seneqal Prezidenti Maki Sal prezident seçkilərini martın 24-nə təyin edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Afrika ölkəsi prezidentinin administrasiyasının bəyanatına istinadən “Reuters” məlumat yayıb.

Salın qərarı Konstitusiya Şurasının iyunun 2-də prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının təklifini konstitusiyaya zidd elan etməsindən sonra verilib.

Seneqalda prezident seçkiləri, əgər birincidə namizədlərdən heç biri 50 %+1 səs toplaya bilməsə, iki turda keçirilir.