ABŞ prezidentliyinə daha bir namizəd yarışdan geri çəkilib

ABŞ prezidentliyinə daha bir namizəd yarışdan geri çəkilib

ABŞ prezidentliyinə namizəd və konqresmen Din Fillips seçki yarışından geri çəkildiyini açıqlayıb.

“Birxeber.Az” “WCCO Radio”ya istinadən xəbər verir ki, siyasətçi Ağ evin hazırkı rəhbəri Cozef Baydeni dəstəkləyib.

“Kampaniyamı dayandırıram və indi Co Baydeni dəstəkləyirəm”, – o vurğulayıb.

Xatırladaq ki, daha öncə ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli seçki yarışından geri çəkilib və Donald Trampa seçkilərdə uğurlar diləyib. O, Trampın respublikaçıların səsinə layiq olduğunu deyib və əlavə edib ki, heç bir rəsmi vəzifə tutmayacaq. Siyasətçi şəxsi həyatı ilə məşğul olmağı planlaşdırır.