ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi yekunlaşmaq üzrədir

ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi yekunlaşmaq üzrədir

Ağ Ev ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsini dəstəkləyir.

Birxeber.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.

Onun sözlərinə görə qanun layihəsi "TikTok" proqramına qadağa qoymur:

“Biz bu qanun layihəsini çox vacib hesab edirik. Konkret problemi həll etmək üçün hazırkı səylərdə bu addımı dəstəkləyirik. Söhbət tam qadağadan getmir. Sadəcə proqramın bizə zərər verə biləcək şəxslər üçün bloklanmasını istəyirik”, - deyə o bildirib.

Ölkə başçısı Co Bayden konqresmenlər sənədi yekunlaşdırdıqdan sonra onu imzalamaq niyyətindədir.

Qeyd edək ki, Nümayəndələr Palatası "TikTok" sosial media platformasının Çinin texnalogiya şirkəti "ByteDance ilə əlaqəli olacağı halda şəbəkənin ABŞ-də qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

Hesab olunur ki, Çin rəsmiləri və kəşfiyyat xidmətləri bu şəbəkə vasitəsi ilə məlumat əldə edə bilərlər.