UEFA Avropa Liqası: “Sportinq” və “Atalanta” ilk görüşdə "sülh"ə razılaşıb

UEFA Avropa Liqası: “Sportinq” və “Atalanta” ilk görüşdə "sülh"ə razılaşıb

Portuqaliyanın paytaxtı Lissabonda UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu keçirilib.

“Report” xəbər verir ki, Joze Alvalade stadionunda “Sportinq” ilə “Atalanta” arasında baş tutan oyunu Daniel Zibertin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadası idarə edib.

Matçın 17-ci dəqiqəsində Paulinyo dəqiq zərbə ilə Portuqaliya təmsilçisini hesabda irəli çıxarıb. 39-cu dəqiqədə berqamolular "status-kvo"nu bərpa ediblər: Canluka Skamakka fərqlənib.

Oyunun sonrakı dəqiqələrində qarşılıqlı hücumlara baxmayaraq, hesab dəyişməyib.