UEFA Avropa Liqası: “Sportinq” və “Atalanta” ilk görüşdə sülhə razılaşıb

UEFA Avropa Liqası: “Sportinq” və “Atalanta” ilk görüşdə sülhə razılaşıb

Portuqaliyanın paytaxtı Lissabonda Avropa Liqasının 1/8 finalının ilk oyunu keçirilib.

“Birxeber.Az” xəbər verir ki, Joze Alvalade stadionunda “Sportinq” – “Atalanta” arasında baş tutmuş oyunu Daniel Zibertin rəhbərlik etdiyi almaniyalı arbitrlər briqadası idarə edib.

Matçın 17-ci dəqiqəsində Paulinyo dəqiq zərbə ilə Portuqaliya təmsilçisini hesabda irəli çıxarıb. 39-cu dəqiqədə berqamolular status-kvonu bərpa edib: Canluka Skamakka fərqlənib. Oyunun sonrakı dəqiqələrində qarşılıqlı hücumlara baxmayaraq, hesab dəyişməyib.