"Səma ilə görüş" filminin təqdimat mərasimi keçirilib - FOTO

"Səma ilə görüş" filminin təqdimat mərasimi keçirilib - FOTO

"Səma ilə görüş" filminin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat gecəsində filmin yaradıcı heyəti ilə yanaşı, ölkənin kino ictimaiyyəti və media mənsubları iştirak edib.

Qeyd edək ki, filmin baş prodüseri, Azərbaycan kino Mərkəzin təsisçisi Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur.

Filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən yazılıb.

Operator Şahmar Səfəroğlu, filmin icraçı prodüseri Fuad Cəfərov, prodüseri isə Amiran Babayevdir.

Filmdə baş rolları Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli canlandırır.