Akif Qurbanovun vəkilinin iddialarına polis münasibət bildirib

Akif Qurbanovun vəkilinin iddialarına polis münasibət bildirib

“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı Birxeber.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.