Ağstafada 59 yaşlı piyadanı avtomobil vurub - YENİLƏNİB

Ağstafada 59 yaşlı piyadanı avtomobil vurub - YENİLƏNİB

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan- Ağstafa rayon Qırlı kənd sakini, 1965-ci il təvəllüdlü Abbasov Mətləb Tofiq oğludur.

Onun vəziyyəti ağır olaraq qaldığı bildirilir.

Xatırladaq ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

21:20

Ağstafa rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.