Tramp Nikki Heylinin tərəfdarlarını seçkidə onu dəstəkləməyə çağırıb

Tramp Nikki Heylinin tərəfdarlarını seçkidə onu dəstəkləməyə çağırıb

Donald Tramp ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylinin tərəfdarlarını qarşıdan gələn prezident seçkilərində onun namizədliyini dəstəkləməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Eyni zamanda Tramp Heylinin prezidentlik yarışında qalacağına və sona qədər mübarizə aparacağına ümid etdiyini bildirib.

Bundan əvvəl ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından çəkildiyini açıqlayıb.