Nikki Heyli ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib

Nikki Heyli ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib

ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

"Birxeber.Az"un məlumatına görə, bunu Heyli Cənubi Karolina ştatının Çarlston şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Kampaniyamı dayandırmağın vaxtı gəldi", - Heyli bildirib.

Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə Donald Trampın son rəqibi olan Heyli Super Çərşənbə axşamı günü 15 ştatdan yalnız birində - Vermontda qalib gələ bilib.