Muxtar Babayev Konqo Prezidentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Konqo Prezidentinin nümayəndəsi ilə görüşüb

Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə Birxeber.Az-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.