Günə 10-15 manat qazanmaq istəyən moped sürücüsü: "Vaxtında çatmayanda sifarişi ləğv edirlər" - VİDEO
Moped və motosiklet sürücülərinə hər yerdə rast gəlmək mümkündür. Yolun hərəkət hissəsinin solunda, ortasında, sağında, hətta piyada keçidində belə onların hərəkət etməsinin şahidi oluruq.
Birxeber xəbər verir ki, moped və motosiklet sürücülərindən daha çox restoran və kafelərin sifarişlərinin çatdırılmasında istifadə edirlər.
Təssüf ki, yüzlərlə iki təkərli nəqiliyyat vasitəsini idarə edən bu şəxslər ətraf üçün bir çox hallarda təhlükə yaradılar. Bəzi kuryerlər sifarişi daha tez ünvana çatdırmaq üçün heç bir qayda-qanuna əməl etmirlər.
Kuryerlərdən biri "REAL TV"yə açıqlamasında deyib ki, müştərinin sifarişi vaxtında çatdırılmayanda sifariş ləğv edilir. Günə 10-15 manat qazanan kuryer üçün bu vəziyyət əlavə çətinlik yaradır.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Birxeber