“KAAN”-ın Türkiyənin Hava Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanıb

“KAAN”-ın Türkiyənin Hava Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanıb

Türkiyənin ilk 5-ci nəsil milli qırıcısı “KAAN” 2028-ci ildə ölkənin Hava Qüvvələrinin istifadəsinə veriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ölkə başçısı onu da əlavə edib ki, imperialistlərin Türkiyəyə qarşı qurduğu planları boşa çıxacaq, Ankara terrorla mübarizəsini isə davam etdirəcək.