Sarayda bataqlıq ərazidə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB-1

Sarayda bataqlıq ərazidə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB-1

Baş Prokurorluq Sarayda bataqlıq ərazidə tapılan naməlum kişi meyiti ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

"Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda deyilir.

***

19:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

13:07

Abşeronda küçədə 68 yaşlı kişinin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov olduğu müəyyən olunub. Onun səhər saatlarında işə gedərkən yolda öldüyü bildirilir.

Fakt araşdırılır.