Putin Soçidə Rafael Qrossi ilə görüşüb - YENİLƏNİB

Putin Soçidə Rafael Qrossi ilə görüşüb - YENİLƏNİB

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru "X" hesabında bildirib.

"Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə nüvə təhlükəsizliyi, Zaporojiye AES-in təhlükəsizliyi və nüvə silahının yayılmaması üzrə qlobal çağırışlar haqqında mühüm fikir mübadiləsi apardıq" - o paylaşımında bildirib.

***

13:08

Rusiya Prezidenti Vladimir Putin Soçidə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Putin Soçidə AEBA-nın baş direktoru Qrossini qəbul edəcək. Qrossi və “Rosatom” rəhbəri təmasları barədə Rusiya prezidentinə məlumat verəcəklər” – deyə Peskov qeyd edib.