Azərbaycana 20 ölkədən turizm səfərləri təşkil olunacaq

Azərbaycana 20 ölkədən turizm səfərləri təşkil olunacaq

Dövlət Turizm Agentliyi Azərbaycana 20 ölkədən turizm sənayesi tanıtım səfərlərini təşkil edilməsini planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu səfərlər çərçivəsində ölkəyə ümumiyyətlə 183 nəfərin gəlməsi gözlənilir.

Tanıtım səfərləri Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan və Cənubi Afrikadan təşkil olunacaq.