Komitə sədri: Son 20 ildə qadın hüquqlarının təminatı sahəsində böyük irəliləyişlər əldə edilib - YENİLƏNİB

Komitə sədri: Son 20 ildə qadın hüquqlarının təminatı sahəsində böyük irəliləyişlər əldə edilib - YENİLƏNİB

Son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindı böyük irəliləyişlər əldə edilib.

“Birxeber.Az” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Qurum sədri bildirib ki, ötən 20 il ərzində Azərbaycan qadınlarının 3 Qurultayı və 1 Forumu keçirilib:

"Bu mötəbər qurultaylar qadın hüquqlarının təminatı sahəsində ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirilir. Qurultay və Forumlar ölkəmizin öz tarixi ənənəsi, dövlətçilik təcrübəsi və üzərinə götürdüyü öhdəliklərdən qaynaqlanan fəaliyyətini müasir tələblərə və çağırışlara uyğun bir şəkildə reallaşdırmaq, məsləhətləşmək və fikir mübadiləsi aparmaq üçün unikal platformadır. Həmçinin qadınların inkişafını və qərarqəbuletmədə iştirak səviyyəsini yüksəltməyə yeni yollar açır”.

B.Muradova vurğulayıb ki, bu gün Azərbaycan qadınları idarəetmənin parlament, hökumət və məhkəmə hakimiyyəti ölçüsündə daha parlaq və daha geniş spektrdə iştirak imkanlarını genişləndirməkdədir: “Vətəndaş cəmiyyəti qurumları, media orqanları, xüsusilə də siyasi partiyalarda qadınların daha həlledici səviyyədə təmsilçiliyi onların cəmiyyət və dövlət həyatına hazırlığına əhəmiyyətli töhfələr verir, beynəlxalq səviyyədə iştirakına şərait yaradır”.

18:07

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilir.

“Birxeber.Az” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən respublikanın bütün regionlarından qadınlar, görkəmli ictimai-siyasi xadimlər iştirak edirlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin qadınlara ünvanladığı təbrik məktubu oxunub.

Təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.