Ötən il İraq və Suriyadan 63 nəfər Azərbaycana gətirilib

Ötən il İraq və Suriyadan 63 nəfər Azərbaycana gətirilib

2023-cü ildə İraq və Suriyadan ölkəmizə deportasiya olunmuş 63 nəfər Azərbaycan vətəndaşı reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub.

"Report"un xəbərinə görə, bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir.