Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub - YENİLƏNİB

Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub - YENİLƏNİB

Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Birxeber.Az"a bildirilib ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

19:12

Abşeronda naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə "Birxeber.Az"a FHN-dən bildirilib.

Rayonun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə aşkarlanan meyit FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.