Ötən il 3112 təhlükə potensiallı obyektə baxış keçirilib

Ötən il 3112 təhlükə potensiallı obyektə baxış keçirilib

2023-cü il ərzində 3112 təhlükə potensiallı obyektdə (müəssisədə) dövlət nəzarəti həyata keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev 2023-cü ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, təhlükə potensiallı obyektlərdə istismar olunan 9000-ə yaxın qurğu və avadanlıqlara texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar dövlət reyestrində ilkin və təkrar qeydiyyatdan keçirilib: "654 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1465 ədəd texnoloji nəqliyyat vasitəsi ilkin və təkrar qeydiyyata alınıb. Eyni zamanda 585 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1952 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib".