Mişustin Azərbaycana rus dilinə münasibətinə görə təşəkkür edib

Mişustin Azərbaycana rus dilinə münasibətinə görə təşəkkür edib

Rusiyanın Baş naziri Mixail Mişustin rus dilini dəstəklədiklərinə görə Azərbaycan rəhbərliyinə və vətəndaşlarına təşəkkür edib.

“Birxeber.Az” bu barədə TASS-a istinadən xəbər verir.

“Biz həmişə deyirik ki, həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də burada rus dilinə çox diqqətlə yanaşan bütün insanlara minnətdarıq”, - M.Mişustin Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında olarkən deyib.

O, ölkədə rus dilinin tədris olunan məktəblərin çox olduğunu da vurğulayıb.

Baş nazir Azərbaycanda təhsil mərkəzinin fəaliyyətə başladığını da qeyd edib: “Bilirəm ki, bu mərkəzə böyük tələbat var, onun əsasında 400-dən çox tələbə hazırlanıb”.