"Liverpul"un misirli ulduz futbolçusu məşqlərə başlayıb

"Liverpul"un misirli ulduz futbolçusu məşqlərə başlayıb

İngiltərənin "Liverpul" klubunun misirli ulduz futbolçusu Məhəmməd Salah məşqlərə başlayıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Misirli hücumçu İngiltərə Premyer Liqasının 28-ci turunda keçiriləcək "Mançester Siti" ilə matçdan öncə komanda ilə birgə məşqlərə qoşulub. Onun martın 10-da "Enfild"də baş tutacaq oyuna qədər hazır olacağı gözlənilir.

M.Salah Afrika Millətlər Kubokunda Misirin Qana millisi ilə görüşündə zədələnib. O, bu səbəbdən "Liverpul"un son 4 matçında meydana çıxa bilməyib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm iştirak etdiyi qarşılaşmalarda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.