KİV: Ermənistan və İsrail etnik xalqlararası dostluq hissini formalaşdıra bilmədilər

KİV: Ermənistan və İsrail etnik xalqlararası dostluq hissini formalaşdıra bilmədilər

Bir çox tarixçilər, jurnalistlər və siyasi ekspertlər ermənilərlə yəhudilər arasında oxşar cəhətləri qeyd etsələr də, onlar heç bir etnik xalqlararası dostluq hissini - fərdi və ya kollektiv səviyyədə formalaşdıra bilməyiblər.

“Report” xəbər verir ki, bu barədə İsrail Strateji Araşdırmalar İnstitutunun təsisçisi və icraçı direktoru Martin Şermanın "Newsmax TV"də dərc olunan materialında deyilir.

“Şəxsi səviyyədə nifaqa gəlincə, 2018-ci ildə “Pew Research Center”in Qərbi, Mərkəzi və Şərqi Avropanın 34 ölkəsində 56 minə yaxın insan arasında keçirdiyi sorğu göstərdi ki, ermənilərin demək olar ki, 80 faizi yəhudini ailəsinə qəbul etməyəcək. “Pew”nun sorğusu 2017-ci ildə Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində keçirilmişdi. Bu sorğu göstərdi ki, ermənilərin üçdə ikisindən az hissəsi yəhudiləri öz ölkəsinin vətəndaşı kimi qəbul edəcək – bu isə sorğuda ən yüksək göstərici idi”, - müəllif vurğulayıb.

“Pew” sorğusundan əvvəl Antidiffamasiya Liqası (ADL) tərəfindən aparılan geniş istinadlı araşdırma nəticəsində məlum olub ki, ermənilərin təxminən 60 faizi antisemitizm hissləri yaşayır.

M.Şermanın sözlərinə görə, diqqətçəkən məqam isə sorğu 2014-cü ildə aparılıb. Yəni sorğu Azərbaycanın mühüm ərazilərini geri qaytardığı İkinci Qarabağ müharibəsinin başlamasından 6 il, ölkənin suverenlik və ərazi bütövlüyünün bərpasından isə 10 il əvvəl keçirilib.

“Müvafiq olaraq, İsrailin Azərbaycana silah tədarükü Bakının hərbi uğurlarının əsas amili kimi göstərilsə də, bu, əvvəllər qeyd olunan sorğularda aşkarlanan yəhudilərə qarşı nifaq kimi əsaslandırıla bilməz”, - o əlavə edib.