Dübəndi terminalında son beş ildə neftin aşırılması 6 dəfədən çox artıb

Dübəndi terminalında son beş ildə neftin aşırılması 6 dəfədən çox artıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC üzrə 2023-cü ildə ümumi yükaşırmanın həcmi 2022-ci ilə nisbətən 16% artaraq 7,4 min ton təşkil edib.

Birxeber.Az-Economics” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabata əsasən, ümumi yükaşırmanın 5,3 mln. tonu və ya 72%-i tranzit yüklərin payına düşüb.

“Hesabat ilində vaqon aşırılması 3,5% azalaraq 37,3 min ədəd təşkil edib. Vaqonların 18,6 min ədədi və ya 49,7%-i Bakı-Türkmənbaşı-Bakı, 18,7 min ədədi va ya 50,3%-i isə Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib”, - hesabatda qeyd olunur.

Sənədə əsasən, hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3% artaraq 54,2 min ədəd olub. Bu nəqliyyat vasitələrinin 25,8 min ədədi (47,6%-i) Bakı-Türkmenbaşı-Bakı, 28,4 min ədədi (52,4%) isə Bakı-Kurik-Bakı istiqamətində daşınıb.. Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 16% azalaraq 43,9 min ədəd təşkil edib.

“Dübəndi Neft terminalında 2023-cü ildə xam neft və neft məhsullarının aşırılmasında 2022-ci illə müqayisədə 2,1 dəfə artım müşahidə olunmuş, ümumi yükaşırma həcmi 2,1 mln. ton təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 6,3 dəfə çoxdur. Quru yüklərin aşırılmasında 2022-ci illə müqayisədə 1,6% azalma olub və 1 mln. tondan çox təşkil edib.

Hesabatda bildirilir ki, 2023-cü ildə QSC-nin gəlirləri 2022-ci ilə nisbətən 5% artaraq 50,3 min. manat (ƏDV- xaric), xərcləri isə 40,2 mln. manat təşkil edib. Hesabat ilində dövlət büdcəsinə 8,4 mln. manat vergi və 5,4 mln. manat sosial təyinatlı ödənişlər olmaqla, ümumilikdə 13,8 mln. manat vəsait köçürülüb.