Sumqayıtda 5 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Sumqayıtda 5 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Sumqayıtda 5 gün öncə itkin düşən kişinin meyiti tapılıb.

Birxeber.Az xəbər verir ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün qabaq “Yaşıldərə” adlı yaşayış massivindən çıxaraq itkin düşmüşdü.

Polis tərəfindən axtarışda olan A. Cəfərovun meyiti bu gün yaşadığı “Yaşıldərə” yaşayış massivində kanalın kənarından tapılıb.

Fakt araşdırılır.