Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 1750 reytinq xalı qazanıb

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 1750 reytinq xalı qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən “VICTOR Swedish Open” turnirində 1750 reytinq xalı qazanıb.

“Report” xəbər verir ki, idmançı beynəlxalq turnirin şəxsi yarışında ən güclü “4-lük”də yer alıb.

Mübarizəyə əsas mərhələdən başlayan badmintonçu ilk görüşündə isveçli Sesilia Vanqı 2:0 (21:14, 21:19) hesabı ilə məğlub edib. 1/8 finalda şotland Reyçel Suqdeni (21:9, 21:17) mübarizədən kənarlaşdıran Keişa Fatimə Zəhra növbəti raundda Danimarkadan olan Frederikke Lundu 2:1 (18:21, 21:13, 21:11) hesabı ilə üstələyib.

Badmintonçu finala yüksəlmək uğrunda görüşdə fransalı Leonice Huetə məğlub olub - 0:2 (13:21, 14:21).