Naxçıvanda işə düzəltmək adı ilə dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb

Naxçıvanda işə düzəltmək adı ilə dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb

Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.
Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.