Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin dayandırılmasına əsas verən müddət müəyyənləşib

Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin dayandırılmasına əsas verən müddət müəyyənləşib

Nazirlər Kabineti “Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında" qərar verib.

APA-nın xəbərinə görə, sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddət bir ay müəyyən edilib.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.