Azərbaycanda ötən il 5 milyard manata yaxın vergi borcu ləğv edilib

Azərbaycanda ötən il 5 milyard manata yaxın vergi borcu ləğv edilib

2023-cü ildə Azərbaycanda 215,2 min vergi ödəyicisinin 4 milyard 936,6 min manat vergi borcu yaranıb, 210,9 min vergi ödəyicisinin 4 milyard 511,2 min manat vergi borcu ləğv edilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, ləğv edilmiş borc məbləğindən 674 min manatı və yaxyd 28,6 %-i 1 yanvar 2023-cü il tarixinə mövcud olmuş borcun payına düşüb.

Ötən il artmış borcun 288,6 min manatı (28,4 %-i) səyyar, 504,4 milyon manatı və yaxud 49,6%-i kameral vergi yoxlamaları nəticəsində, 83,6 min manatı və yaxud 8,2 %-i isə bəyannaməyə əsasən yaranıb.

Nəticədə bu il yanvarın 1-nə 96,7 min vergi ödəyicisinin dövlət büdcəsinə 2 milyard 782,1 milyon manat (o cümlədən əsas vergilər üzrə 1 milyard 809,9 min manat, faizlər üzrə 606,5 min manat ve maliyə sanksiyası üzrə 275,7 min manat) borcu olub.

Ümumilikdə, 2023-cü ildə borclu vergi ödəyicilərindən daxilolma 3 milyard 923,4 min manat olub.

2023-cü il yanvarın 1-nə sosial sığorta üzrə 144,9 min vergi ödəyicisinin 213,3 milyon manat və işsizlikdən sığorta üzrə 24,3 min vergi ödəyicisinin 3,6 milyon manat borcu olub. Ümumilikdə, ötən ilin əvvəlinə borclu vergi ödəyicilərindən daxilolma sosial sığorta haqları üzrə 60,2 milyon manat təşkil edib.

2024-cü il yanvarın 1-nə isə sosial sığorta üzrə 150,3 min vergi ödəyicisinin 233,2 milyon manat və işsizlik sığortası üzrə isə 26,9 min vergi ödəyicisinin 5,5 milyon manat məbləğində borcu olub.

2023-cü il yanvarın 1-nə icbari tibbi sığorta üzrə 33,5 min vergi ödəyicisinin 12 milyon manat borcu olub, həmin borclu vergi ödəyicilərindən daxilolma isə 6,9 milyon manat təşkil edib. 2024-cü il yanvarın 1-nə isə icbari tibbi sığorta üzrə 57,7 min vergi ödəyicisinin 15,3 milyon manat borcu mövcuddur.