Superliqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Superliqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin "Qaziantep" komandası baş məşqçisi Marius Şumuditsa ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Rumıniyalı baş məşqçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, ötən ilin sentyabrından komandaya rəhbərlik edən Şumuditsa 2019-2021-ci illərdə də bu klubda işləyib. "Qaziantep" Superliqada 28 turdan sonra 28 xalla 18-ci pillədə qərarlaşıb.