Husilər Yəmən sahillərində ABŞ gəmisinə hücum edib

Husilər Yəmən sahillərində ABŞ gəmisinə hücum edib

Husilər Bab əl-Məndəb boğazı yaxınlığında ABŞ gəmisinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmənin Ədən limanından 54 dəniz mili cənub-qərbində gəmiyə hücum barədə məlumat aldığını qeyd edib.

Britaniyanın dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan “Ambrey” şirkəti Ədən yaxınlığından keçən ABŞ-yə məxsus yük gəmisi yaxınlığında partlayış baş verdiyini bildirib.