Azərbaycanla Konqo arasında çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycanla Konqo arasında çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib.

Bildirilib ki, görüşdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafının Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib.

Həmçinin Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub. Qoşulmama Hərəkatı üzv dövlətləri üçün təqaüd proqramı çərçivəsində Konqodan olan tələbələrin ölkəmizdə təhsil olması, QH gənclər təşkilatında nümayəndələrin iştirakı üçün imkanlar nəzərdən keçirilib.

Ceyhun Bayramov bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını da diqqətə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.