Bakının üç rayonunda yeni sosial xidmət mərkəzləri açılacaq

Bakının üç rayonunda yeni sosial xidmət mərkəzləri açılacaq

Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət mərkəzləri açılacaq.

"Report"un xəbərinə görə, bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ağdam, Hacıqabul və Göyçayda isə 18 yaşa qədər əlilliyi olan şəxslər üçün yeni mərkəzlər yaradılacaq.