Moskva İrəvana KTMT ilə bağlı qurumlararası məsləhətləşmələr keçirməyi təklif edib

Moskva İrəvana KTMT ilə bağlı qurumlararası məsləhətləşmələr keçirməyi təklif edib

Rusiya Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı narahatlıqlarını ətraflı müzakirə etmək üçün qurumlararası məsləhətləşmələr keçirməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın KTMT-də üzvlüyünü dondurması və bunun İrəvanın bu il sədrlik etdiyi Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə təsir edib etməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hələ ki Moskvanın məlum təklifinə cavab verməyib: “Bizim bu təşəbbüsümüzə onlar hələ ki, cavab verməyiblər. O ki qaldı Avrasiya İqtisadi İttifaqına, bu, beynəlxalq təşkilatdır, iqtisadi inteqrasiyadır. Burada iqtisadiyyatın stabil inkişafı, üzv dövlətlərin vətəndaşlarının rifahının yüksəldilməsi vəzifələri həll olunur. Bu meydançada siyasi məsələlər müzakirə olunmur”.