Pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib

Pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib

Cari ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (132 mln. manat) çox olmaqla 1 mlrd. 74 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, pensiyaların artırılması istiqamətində növbəti addımlar olaraq, cari il yanvarın 1-dən pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Yanvar-fevral aylarında 8,2 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 106,7 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.