"Real" klubunun futbolçusu 2 oyunluq cəzalandırılıb

"Real" klubunun futbolçusu 2 oyunluq cəzalandırılıb

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 2 oyunluq cəzalandırılıb.

"Report" İspaniya Futbol Federasiyasına istinadən xəbər verir ki, buna onun La Liqanın 27-ci turunda "Valensiya" ilə matçda qırmızı vərəqə alması səbəb olub.

20 yaşlı oyunçu həmin görüşdə baş hakim Gil Manzanonun final fitindən dərhal sonra vurduğu qolu saymadığı üçün ona qarşı kobud ifadələr işlədib. Referi bu hərəkətinə görə Bellinqemə qırmızı vərəqə göstərib.

İngiltərəli futbolçu La Liqanın "Selta" və "Osasuna" klublarına qarşı növbəti iki turunun oyunlarını buraxacaq.

Qeyd edək ki, "Real" son turda səfərdə "Valensiya" ilə heç-heçə (2:2) edib.