Azərbaycanda ötən il səyyar vergi yoxlamaları ilə 542 milyon manat əlavə vəsait hesablanıb

Azərbaycanda ötən il səyyar vergi yoxlamaları ilə 542 milyon manat əlavə vəsait hesablanıb

2023-cü ildə Azərbaycanda 435 səyyar vergi yoxlaması açılıb və 537 səyyar vergi yoxlaması başa çatdırılıb, bununla əlaqədar hesablanmış əlavə vəsait 541,5 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, hesabat dövründə başa çatmış səyyar vergi yoxlamaları zamanı 531 vergi ödəyicisində və yaxud səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,9 %-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Səyyar vergi yoxlamaları nəticəsində hesablanmış əlavə vəsaitin 347 milyon manatı və yaxud 64,1 %-i əlavə hesablanmış vergi, 194,5 milyon manatı və yaxud 35,9 %-i isə vergnin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilən maliyyə sanksiyaları olub.

Ötən il bir yoxlamaya düşən hesablanmış əlavə vəsaitin məbləği əvvəlki illə müqayisədə 0,4 % artara1 008 manat olub.