Azərbaycan boksçusu vyetnamlı rəqibini məğlub edib

Azərbaycan boksçusu vyetnamlı rəqibini məğlub edib

Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan yığma üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.

Ş.Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.

Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.

Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.